Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakı və Tərtərdə növbəti əmək yarmarkaları keçirilib.
Agentliyin Bakı və Qarabağ Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə ümumilikdə 59 işəgötürən tərəfindən 354 vakansiya təqdim olunub.
Bakı şəhərində keçirilmiş yarmarka Bakı Avrasiya Universiteti ilə birgə təşkil olunub və bu ali məktəbin tələbə və məzunlarını əhatə edib.
Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakıda keçirilmiş əmək yarmarkasında Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı, Tərtərdə keçirilmiş yarmarkada isə Qarabağ Peşə Hazırlığı Mərkəzi öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib, həmçinin karyera məsləhəti xidməti göstərilib.