Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakı və Sumqayıt şəhərlərində növbəti əmək yarmarkaları keçirilib.
Aktiv məşğulluq tədbirlərində 34 işəgötürən iştirak edib və 331 vakansiya təqdim olunub.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də yarmarkalarda öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzin fəaliyyəti, peşə hazırlığı kursları və müraciət qaydaları barədə məlumat verilib.
Bakıda keçirilmiş yarmarkada Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti göstərilib.