Bakı və Sumqayıtda keçirilən əmək yarmarkasında 800-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Abşeron-Xızı Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Bakıda keçirilən yarmarkada 14, Sumqayıtda isə 21 işəgötürən iştirak edib. Ümumilikdə 817 vakansiyanın təqdim olunduğu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb.