Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakı və Şirvan şəhərlərində növbəti əmək yarmarkaları keçirilib.
Agentliyin tabeliyində Bakı Regional Məşğulluq filialının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş əmək yarmarkasında 31 işəgötürən iştirak edib və 170 vakansiya təqdim olunub.
Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Şirvanda keçirilmiş yarmarkada isə 9 işəgötürən tərəfindən 50 vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakıda keçirilmiş əmək yarmarkasında Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə peşə hazırlığı kursları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.