Bakı və regionlarda növbəti əmək yarmarkaları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib.

 

Bakı, Gəncə-Daşkəsən və Lənkəran-Astara Regional Məşğulluq filialları tərəfindən təşkil edilən yarmarkalarda dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib.

 

Ümumilikdə aktiv məşğulluq tədbirində 46 işəgötürən tərəfindən 500-dən çox vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Müraciət edənlər arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də var.  

 

Həmçinin aktiv məşğulluq tədbirində vətəndaşlara Agentiyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat da verilib.