Bakı, Şəki və Yardımlıda keçirilmiş yarmarkalarda 300-dən çox vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakı şəhəri, Şəki və Yardımlı rayonlarında əmək yarmarkaları keçirilib.   
 

Aktiv məşğulluq tədbirlərində, ümumilikdə 60 işəgötürən tərəfindən 300-dən çox vakansiya təqdim olunub.


Bakı şəhərində keçirilmiş yarmarka Azərbaycan İdman Akademiyası ilə birgə təşkil olunub və Akademiyanın tələbə və məzunlarını əhatə edib.


Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.


Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Bakıda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.