Bakı Regional Məşğulluq filialı işəgötürənlərlə növbəti görüş keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən Nizami Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş keçirilib.


Görüşdə işəgötürənlərə Agentlik tərəfindən həyata keçirilən layihələr, proqramlar barədə məlumat verilib, sahibkarlarla sıx əlaqələrin qurulmasının vacibliyi vurğulanıb və əməkdaşlıq perspektivləri müzakirə edilib. 


Rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr, rəqəmsal mühitdə işəgötürən və işsiz vətəndaşları vahid platformada birləşdirən "Əmək və məşğulluq" altsisteminin işəgötürənlər üçün üstünlükləri barədə sahibkarlara məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.