Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Qusar, Qəbələ rayonları və Bakı şəhərində əmək yarmarkaları təşkil edilib.
Agentliyin Bakı, Quba-Xaçmaz və Şəki-Zaqatala Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə ümumilikdə 73 işəgötürən tərəfindən 443 vakansiya təqdim olunub.
Bakı şəhərində keçirilmiş yarmarka Bakı Biznes Universiteti ilə birgə təşkil olunub və universitetin tələbələrini əhatə edib.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Bakıda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.