Bakı, Qarabağ və Quba-Xaçmaz Regional Məşğulluq filialları üzrə vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində vətəndaşların onlayn qaydada qəbulu prosesi davam edir. Bu dəfə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Bakı, Qarabağ və Quba-Xaçmaz Regional Məşğulluq filialı üzrə vətəndaşları qəbul edib.

 

Onlayn qaydada keçirilən qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminat, işsizlikdən sığorta ödənişi və özünüməşğulluq proqramı ilə bağlı olub.

 

Mustafa Abbasbəyli vətəndaşların suallarını cavablandırıb və müraciətlərin həlli istiqamətində işlərə başlanılıb.