Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Məşğulluğa Dəstək Layihəsi”inə dair məlumatlandırma görüşü keçirilib.
Görüşdə Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan layihənin hədəf və məqsədləri, əhatə dairəsi, Peşə Hazırlığı Mərkəzlərinin inkişaf strategiyası, peşə və kvalifikasiya standartlarının tətbiqi barədə məlumat verilib.
Əmək bazarının tələblərinə uyğun kadr hazırlığının və tələb olunan peşələr üzrə tədrisin əhəmiyyəti, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, yeni təlim-tədris materiallarının hazırlanması kimi mövzularda fikir mübadiləsi aparılıb.
Daha sonra görüş iştirakçılarına layihə barədə məlumatların əks olunduğu çap materialları paylanılıb.