Bakı, Göygöl və Mingəçevirdə keçirilən yarmarkalarda 642 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları keçirilib.

 

Budəfəki yarmarkalar Bakı, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən Nərimanov rayonu, Göygöl və Mingəçevir şəhərlərində baş tutub.

 

Aktiv məşğulluq tədbirlərində 36 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 642 vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.