Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə Mərakeş Krallığının Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentliyinin (ANAPEC) nümayəndələri arasında onlayn seminar keçirilib.
Seminar iki qurum arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub.
“İşsizlər, işaxtaranlar və həssas qruplar üçün karyera və məşğulluq üzrə məsləhət xidmətləri üçün dəstək mexanizmləri və onların genişləndirilməsi” mövzusunu əhatə edən seminarda hər iki qurumun nümayəndələri təqdimatlarla çıxış edərək görülən işlər barədə məlumat veriblər. Müzakirələr zamanı bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda Fəaliyyət Planı çərçivəsində mütəmadi təcrübə mübadiləsinin davam etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.