Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüş təşkil edilib.
Görüşdə Agentliyin Mərkəzi Karyera filialının müdiri Nahid Nəsirov, Universitetin rektoru Zəfər Qurbanov və hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr, o cümlədən universitetin tələbələri iştirak ediblər.
Tədbirin əsas məqsədi tələbələri əmək bazarında baş verən dəyişikliklər, formalaşmaqda olan yeni peşə istiqamətləri, qlobal trendlər və iş mühitinin transformasiyası ilə tanış etmək olub.
Tələbələrə xaricdə təhsil və şəxsi inkişaf imkanları barədə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin görüşdə region gənclərinin potensialının üzə çıxarılması və onların sosial-iqtisadi proseslərdə daha aktiv iştirakının təşviqi məsələləri müzakirə edilib.
Görüş zamanı Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Kadr indeksi” layihəsi də təqdim olunub. Bildirilib ki, “Kadr indeksi” aləti universitetdə tədrisin keyfiyyətinin əmək bazarının müasir tələblərinə uyğunluğunu qiymətləndirməyə, məzunların məşğulluq göstəricilərini təhlil etməyə və aqrar sahədə ixtisaslı kadr hazırlığının rəqəmsal meyarlar əsasında optimallaşdırılmasına dəstək olacaq.
Qeyd edək ki, “Kadr indeksi” pilot layihəsi ilə bağlı daha əvvəl Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Biznes Universitetin və Bakı Avrasiya Universietetində müvafiq görüşlər keçirilib.