Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Autizm Assosiasiyasının nümayəndələri arasında görüş baş tutub.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyətindən danışaraq məşğulluq tədbirlərinin icrasında sosial cəhətdən həssas kateqoriyalardan olan şəxslərə üstünlük verildiyini, onların daim diqqətdə saxlanıldığını qeyd edib.
Daha sonra autizmli gənclərlə bağlı təqdimat nümayiş olunub, Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib.
Autizmli gənclərin əmək bazarına çıxışı, onların məşğulluq xidmətlərinə cəlbi istiqamətində Agentliklə mümkün əməkdaşlıqlar və digər mövzularda müzakirələr aparılıb.