Astarada vətəndaşların məşğulluq xidmətləri ilə bağlı müraciətləri dinlənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yerlərdə vətəndaşların qəbulu prosesi davam edir. Bu dəfə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Astara rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı müraciətləri dinlənilib.

 

M.Abbasbəyli müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib.