Astara və Zaqatalada 32 işəgötürənin iştirakı ilə əmək yarmarkaları keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara və Şəki-Zaqatala Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Astarada təşkil olunan yarmarkada 15 müəssisə tərəfindən 75 vakansiya, Zaqatalada isə 17 işəgötürən tərəfindən 168-dən çox iş yeri təqdim edilib.

 

Tədbirlərdə işsiz və işaxtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri və müraciət proseduru barədə də məlumat əldə ediblər.