Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verib.
Həmçinin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə qanuni və təhlükəsiz şəkildə məşğulluğunun dəstəklənməsi, beynəlxalq iş təcrübəsi və yeni peşə bacarıqları əldə etmələri üçün görülən işlər də diqqətə çatdırılıb.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Missiya rəhbərinin müavini Theresa Lünemann da öz növbəsində məşğulluq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin və bu istiqamətdə birgə faəliyyət imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə beynəlxalq əmək bazarının tələbləri, əmək miqrasiyası, peşə bacarıqlarının inkişafı və Azərbaycan vətəndaşlarının xarici əmək bazarına çıxış imkanlarının genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.