Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi və “Nar” arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Nar” arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədin imzalanması mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin fəaliyyəti barədə məlumat verib. İşsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, “Nar” ilə imzalanan memorandum da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
“Nar”ın baş icraçı direktoru Özgür Genç bildirib: “İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür".
Həmçinin, görüşdə işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması imkanları və birgə korporativ sosial məsuliyyət layihələrinin icrası məsələləri müzakirə edilib.
Memorandumu Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın baş icraçı direktoru Özgür Genç imzalayıblar.
Sənədə əsasən, Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq ediləcək. Həmçinin, işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, birgə əmək yarmarkalarının keçirilməsi, korporativ sosial münasibətlərin inkişafı istiqamətində əməkdaşlıq planlaşdırılır.
Memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.