Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Ağsu və Kürdəmir rayonlarında ictimai dinləmələr keçiriləcək.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmələr 13 iyun 2023-cü il tarixində saat 13:00-da Ağsu rayonunda Ağsu Tədris Mərkəzində, Kürdəmir rayonunda isə həmin gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək.