Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Ağstafa rayonunda əmək yarmarkası keçirilib.
Agentliyin tabeliyində Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilmiş yarmarkada 13 işəgötürən iştirak edib və 82 vakansiya təqdim olunub.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib.