Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən Ağstafa rayon Gənclər Evində, Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən isə Qəbələ rayon, Nic kənd 1 saylı tam orta məktəbdə “Karyera planlaması” mövzusunda məktəblilərlə peşəyönümü məsləhət görüşləri keçirilib.
Görüşlərdə 8-11-ci siniflər üzrə "Özünütanıma", "Bazar Araşdırması", "Məqsəd təyini", "Fəaliyyət planı hazırlamaq" kimi mövzularda təqdimatlar edilib, məktəblilərin müasir əmək bazarı, peşə və ixtisaslar barədə sualları cavablandırılıb.
Qeyd edək ki, "Karyera Planlaması" çərçivəsində digər məktəblərdə də mütəmadi olaraq bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.