Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin daha bir qrup əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilərək onlara Partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın Azərbaycanın uğurlarında payından, yeni-yeni hədəflərə doğru inamla addımlamasından, dünənin, bu günün və gələcəyin partiyası olduğunu gördüyü işlərlə təsdiqləməsindən geniş bəhs edib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, regionun ən böyük siyasi təşkilatıdır. Bu gün Yeni Azərbaycan Partiyası hakim partiya kimi ölkəmizin uğurlu inkişafında əvəzsiz rola malikdir.
Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev isə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında oynadığı rol, verdiyi töhfələr və böyük nüfuzu gəncləri partiya üzvü olmağa sövq edir. Bu baxımdan ölkənin əsas intellektli, istedadlı və bacarıqlı gənclərinin Yeni Azərbaycan Partiyasında cəmləşməsi təsadüfi deyil.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib. Partiya üzvləri olan əməkdaşlar da çıxış edərək güclü, qüdrətli, hər günü tariximizə uğur səhifəsi kimi yazılan Azərbaycanla qürur duyduqlarını qeyd ediblər.