Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov “Marsol Group”un təşkilatçılığı ilə VİDAL Özəl Sənaye Məhəlləsində keçirilmiş görüşdə iştirak edib.
İstehsalat sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarın qatıldığı tədbirdə əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Hasil Abbasov istehsalat müəssisələrinin yeni iş yerlərinin yaradılmasında, məşğulluğun artırılmasında və əmək bazarının inkişafında oynadığı mühüm roldan danışıb. O, dövlət tərəfindən həyata keçirilən məşğulluğun təşviqi mexanizmləri və bu istiqamətdə özəl sektorla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
“Marsol Group”un təsisçisi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
Daha sonra VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov yaradılmış sənaye infrastrukturu, rezidentlər üçün təqdim olunan imkanlar və gələcək inkişaf perspektivləri barədə geniş təqdimatla çıxış edib.
Tədbir çərçivəsində iştirakçılar Sənaye Məhəlləsinin istehsal sahələri ilə tanış olub, burada tətbiq olunan texnoloji həllər və istehsal proseslərini yaxından izləyiblər.
Daha sonra heyət "Esen Tekstil" fabrikini ziyarət edib. Ziyarət zamanı tədbir iştirakçılarına müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verilib.