Agentliyin rəhbər şəxslərinin Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüşləri davam edir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Hasil Abbasov və Ülvi Abasquliyev Novruz bayramı ərəfəsində şəhid Nicat Mustafayev və Natiq Abdullayevin ailələrini ziyarət ediblər.

 

Görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.

 

Hər iki şəhidin ailə üzvlərinin məşğulluq məsələlərinin həllinə dəstək göstərilib. Şəhid Nicat Mustafayevin atası Bəkir Mustafayev un məmulatı istehsalı, şəhid Natiq Abdullayevin həyat yoldaşı Süsən Abdullayeva isə qadın gözəllik salonu zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediliblər.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz