Agentliyin rəhbər şəxsləri Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə, Nihad Muxtarlı, Ülvi Abasquliyev və Hasil Abbasov Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində Vətən müharibəsi şəhidləri Məhəmməd Məmmədli, Ramiq Mikayılov, Pərviz Rüstəmov və Dünyamin Tağızadənin ailələrini ziyarət ediblər.

 

Görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub. Bildirilib ki, hər bir şəhidin ailəsi ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.

 

Şəhid Məhəmməd Məmmədlinin həyat yoldaşı Aytac Məmmədli “Qadın gözəllik salonu”, şəhid Ramiq Mikayılovun həyat yoldaşı Könül Mikayılova “Un məmulatları istehsalı”, şəhid Pərviz Rüstəmovun anası Səadət Rüstəmova “Kiçik dərzi sexi”, şəhid Dünyamin Tağızadənin anası Ziyafət Quliyeva “Qadın gözəllik salonu” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək müvafiq aktivlərlə təmin olunublar.
 

 Ailələrin sosial vəziyyəti bundan sonra da diqqətdə saxlanacaq.