Agentliyin rəhbər şəxsləri Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Cəmaləddin Quliyev və Nihad Muxtarlı Vətən müharibəsi şəhidləri Vüsal Teymurov və Eldar Əliyevin ailələrini ziyarət ediblər.

 

Şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.

 

Bildirilib ki, Vüsal Teymurov Şuşa istiqamətində gedən döyüşlərdə, Eldar Əliyev isə Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüsal Teymurov  “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, Eldar Əliyev isə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Hər iki şəhidin ailəsinin məşğulluq məsələlərinin həllinə dəstək göstərilib. Şəhid Vüsal Teymurovun bacısı Könül Teymurova və şəhid Eldar Əliyevin atası Süleyman Əliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediliblər.