Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ülvi Abasquliyev və Ramal Quluzadə Vətən müharibəsi şəhidləri Şahid Əkbərov və Toğrul Feyzizadənin ailələrini ziyarət edib.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Şəhid Şahid Əkbərovun anası Əkbərova Aybəniz Əfras qızı “Kiçik dərzi sexi” zərfi üzrə, şəhid Toğrul Feyzizadənin anası Feyziyeva Günel Cahangir qızı isə “Un məmulatları istehsalı” zərfi üzrə özünüməşğulluq layihəsi çərçivəsində aktivlərlə təmin ediliblər.
Hər iki ailənin sosial durumu bundan sonra da diqqətdə saxlanılacaq.