Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Cəmaləddin Quliyev və Ülvi Abasquliyev Vətən müharibəsi şəhidləri Əsəd Əsədli və Haxverdi Kərimovun ailələrini ziyarət edib.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Şəhid Əsəd Əsədli atası Mahir Əsədov özünüməşğulluq proqramına, Haxverdi Kərimovun anası Ruhəngiz Kərimova isə haqqı ödənilən ictimai işlər proqramına cəlb ediliblər.
Hər iki ailənin sosial durumu bundan sonra da diqqətdə saxlanılacaq.