Agentliyin rəhbər şəxsləri özünüməşğulluq proqramı üzrə öz işini quran qadınlarla görüşüblər

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Özünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaradan Mətanət Rüstəmova, Amalya İbrahimova və Kubra Ağamaliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ülvi Abasquliyev və Nihad Muxtarlı həmin xanımlara məxsus istehsal və xidmət sahələri, fəaliyyətləri ilə tanış olub, onları qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.

 

Mətanət Rüstəmova kiçik dərzi sexi zərfi, Amalya İbrahimova və Kubra Ağamaliyeva isə un məmulatlarının istehsalı zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün lazım olan avadanlıqlarla təmin ediliblər. A.İbrahimova və K.Ağamaliyeva bu proqram vasitəsilə tanış olaraq birgə fəaliyyət göstərirlər.

 

Onlar işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına, öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz