Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Nihad Muxtarlı və Ramal Quluzadə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri Ruslan Cəfərov və Niyət Şirəliyevin ailələrini ziyarət ediblər.
Görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.
Qeyd edək ki, Ruslan Cəfərov 2020-ci il oktyabrın 11-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən hərbi əməliyyatlar zamanı, Niyət Şirəliyev isə həmin il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ruslan Cəfərov "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", Niyət Şirəliyev isə “Vətən uğrunda" medalı ilə təltif edilib.
Hər iki şəhidin ailə üzvlərinin məşğulluq məsələlərinin həllinə dəstək göstərilib. Şəhid Ruslan Cəfərovun həyat yoldaşı Nəzakət Əliyeva kiçik dərzi sexi, şəhid Niyət Şirəliyevin həyat yoldaşı Səadət Şirəliyeva isə un məmulatlarının istehsalı zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediliblər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz