Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov Rusiya Federasiyasında keçirilən “Azərbaycan və Rusiyanın IV Gənclər Təşəbbüsləri Forumu”nda iştirak edib.
Forumun əsas mövzuları “Gənclərin karyera inkişafı”, “Könüllülük”, “Gənclərin sahibkarlığı” və “İqlim dəyişikliyi ilə mübarizə üçün təmiz enerji” olub.
Forumda çıxış edən Toğrul Ələkbərov tədbir iştirakçılarına Agentliyin fəaliyyəti, icra olunan layihələr və Azərbaycanda karyera məsləhəti xidməti sahəsində aparılan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, xüsusilə gənclərin karyera inkişafının dəstəklənməsi məqsədilə Agentlik tərəfindən ardıcıl işlər görülür, müxtəlif layihələr icra olunur və karyera məsləhətçisi institutu formalaşdırılır. Filial müdiri həmçinin müxtəlif seminarlarda və vörkşoplarda iştirak edib.