Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) tərəfindən təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının Məşğulluq Xidmətləri Şəbəkəsinin vebinarında iştirak ediblər.
Vebinar “Əmək bazarının uyğunlaşdırılmasında süni intellektin təsirləri - strategiyalar və tövsiyələr” mövzusuna həsr olunub. Tədbirin əsas məqsədi süni intellektin işəgötürənlər və işaxtaranlar üçün əmək bazarına təsirlərini araşdırmaq, həmçinin ədalətlilik, məxfiliyin qorunması və digər vacib məsələləri müzakirə etmək olub.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ölkəmizdə məşğulluq sahəsində son illərdə həyata keçirilən islahatlar və qurumun uğurlu rəqəmsal layihələri barədə təqdimat ediblər. Xüsusilə “Əmək və məşğulluq” altsistemi (ƏMAS) haqqında geniş məlumat verilib.
Bundan əlavə, vebinar çərçivəsində süni intellektdən istifadə sahəsində müxtəlif ölkələrin və təşkilatların uğurlu təcrübələri paylaşılıb, daha səmərəli fəaliyyət mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz