Agentliyin nümayəndələri Rumıniyada icra olunan məşğulluq xidmətləri ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və Agentliyin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov Rumıniyanın Buxarest şəhərində rəsmi səfərdə olublar.

 

Səfər Agentlik ilə Rumıniya Respublikasının Əmək, Ailə, Gənclər və Sosial Həmrəylik Nazirliyinin tabeliyində Məşğulluq üzrə Milli Agentliyi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində baş tutub.

 

Səfər çərçivəsində Agentliyin nümayəndələri Rumıniyanın Raşnov şəhərində fəaliyyət göstərən regional məşğulluq filialında və Braşov Peşə Hazırlığı Mərkəzində olublar. Burada keçirilən görüşlər zamanı icra olunan layihələr, qurumların fəaliyyəti ilə bağlı müzakirə aparılıb, vətəndaş qəbulu, peşəyönümü xidməti, peşə hazırlığı və digər məşğulluq tədbirlərinin icrası prosesi  ilə tanışlıq olub.

 

Görüşlərin nəticəsi olaraq əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz