Agentliyin nümayəndə heyətinin İsveç Krallığının Məşğulluq Xidmətinə tanışlıq səfəri baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti İsveç Krallığının Məşğulluq Xidmətinə tanışlıq səfəri edib.

 

Səfər çərçivəsində Agentliyin nümayəndələri Fryshuset tədris mərkəzi və Xidmətin Yarva filialını ziyarət edib, peşə hazırlığı, eləcə də peşəyönümünün təkmilləşdirilməsi istiqamətində İsveç təcrübəsi ilə yaxından tanış olublar.

 

Görüşlərdə peşə hazırlığı, karyera məsləhəti, rəqəmsallaşma strategiyaları, həssas qruplara daxil olan şəxslər üçün göstərilən xidmətlər və gənclərin məşğulluğu ilə bağlı hər iki ölkənin təcrübə və mexanizmləri barədə müzakirələr aparılıb.

 

Xidmətin Yarva filialında Agentliyin nümayəndələrinə karyera məsləhəti xidmətləri, həssas qrupa aid olan, xüsusilə, əlilliyi olan şəxslər və miqrantlar üçün məşğulluq mexanizmlərinə dair təqdimatlar nümayiş etdirilib.