Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Miqrasiya Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) tərəfdaşlığı çərçivəsində keçirilmiş Daşkənd Beynəlxalq Miqrasiya Forumunda iştirak edib.
Tədbir təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşviqi, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və bu sahələrdə regional əməkdaşlığın genişləndirilməsi mövzularına həsr olunub.
Forum çərçivəsində əmək miqrantlarının xarici ölkələrdə işləmək üçün müasir peşələrə və xarici dillərə yiyələnmələrinə dəstək üzrə ixtisaslaşmış Beynəlxalq Dil və Peşə Hazırlığı Mərkəzinin (INTIL) rəsmi açılışı keçirilib. Agentliyin nümayəndə heyəti də sözügedən mərasimdə iştirak edib.
40-dan çox ölkədən 600-dən artıq iştirakçını bir araya gətirən Forum çərçivəsində əmək mobilliyi, bacarıqların inkişafı, peşə kvalifikasiyalarının qarşılıqlı tanınması, miqrant işçilərin hüquqlarının müdafiəsi, genderə həssas siyasətlər, gənclərin məşğulluğu, eləcə də miqrasiya və demoqrafik çağırışlarla bağlı müzakirələr aparılıb.