Agentliyin İdarə Heyətinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Sumqayıt şəhərində vətəndaş qəbulu keçirilib.

 

Budəfəki qəbulda Agentliyin Abşeron-Xızı Regional Məşğulluq filialına müraciət edən Sumqayıt şəhər sakinləri iştirak ediblər.

 

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər, əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub.

 

Qəbulda iştirak edən şəxslərə qanunvericiliyin tələbləri izah edilib, müraciətlərin həll edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz