Agentliyin İdarə Heyətinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

30 iyun tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Sumqayıt şəhər sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Sumqayıt şəhər sakinləri  23 iyun 2025-ci il saat 14:00-dək (070) 900-05-80 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.

 

Qəbul 30 iyun 2025-ci il saat 11:00 - dan etibarən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 53 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.