Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu28 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Samux rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Samux rayonu sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Samux rayonu sakinləri 22 yanvar 2025-ci il saat 14:00-dək (+99470-934-74-00); (+99422-255-10-69) telefon nömrələrinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.
Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.
Qəbul 28 yanvar 2025-ci il saat 11:00-dan etibarən Samux rayonu, Heydər Əliyev prospekti 151 ünvanında yerləşən Samux rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.