Agentliyin İdarə Heyətinin sədri Quba şəhərində vətəndaşları qəbul edəcək

17 iyul tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Quba şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Quba və Xaçmaz şəhər sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Quba və Xaçmaz şəhər sakinləri 11 iyul 2025-ci il saat 14:00-dək 055-778-15-68 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.

 

Qəbul 17 iyul 2025-ci il saat 11:00-dan etibarən Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Quba rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.