Agentliyin İdarə Heyətinin sədri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

24 sentyabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Neftçala şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Neftçala və Salyan rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Neftçala və Salyan rayon sakinləri 18 sentyabr 2025-ci il saat 14:00-dək (02121) 2-34-20 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.

 

Qəbul 24 sentyabr 2025-ci il saat 11:00-dan etibarən Neftçala şəhəri, Heydər Əliyev prospekti 34 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.