Agentliyin İdarə Heyətinin sədri Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək

21 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Biləsuvar şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Biləsuvar şəhəri sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Biləsuvar şəhər sakinləri  17 fevral  2025-ci il saat 14:00-dək (021) 215 34 20 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.

 

Qəbul 21 fevral 2025-ci il saat 11:00-dan  etibarən Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213 ünvanında  yerləşən Heydər Əliyev mərkəzinin inzibati binasında keçiriləcək.