Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu30 may tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Ağcabədi rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Ağcabədi rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Ağcabədi rayon sakinləri 23 may 2025-ci il saat 14:00-dək (051) 706-36-19 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.
Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
Qəbul 30 may saat 11:00-dan etibarən Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213A ünvanında yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək.