Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu21 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Abşeron rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Abşeron rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Abşeron rayon sakinləri 17 oktyabr 2025-ci il saat 14:00-dək (070 900-05-80) telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.
Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.
Qəbul 21 oktyabr 2025-ci il saat 11:00-dan etibarən Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Heydər parkının içində yerləşən Abşeron rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.