Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO - International Organization for Standardization) “Keyfiyyət idarəetmə sistemi” üzrə ISO 9001:2015 beynəlxalq standartının tələblərinin tətbiqi istiqamətində işlər aparılır.
ISO 9001:2015 standartı qurumda idarəetmənin səmərəliliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını və fəaliyyətin şəffaf, ölçülə bilən göstəricilər əsasında aparılmasını nəzərdə tutur.
Bu istiqamətdə İsveçrənin nüfuzlu sertifikatlaşdırma qurumu olan “Swiss Approval” tərəfindən Agentlikdə sertifikatlaşdırma auditi keçirilib. Audit çərçivəsində təşkil edilən rəsmi görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə ISO 9001:2015 standartının tətbiqinin qurumda idarəetmə proseslərinin optimallaşdırılması, xidmətlərin beynəlxalq tələblərə uyğunlaşdırılması və inkişafının sürətləndirilməsi baxımından əhəmiyyətini xüsusilə vurğulayıb.
Audit prosesi zamanı struktur bölmələrin rəhbərləri ilə fərdi görüşlər keçirilib, mövcud proses və prosedurların tətbiqi vəziyyəti, fəaliyyət istiqamətləri üzrə risk xəritələri, eləcə də daxili idarəetmə mexanizmləri təhlil edilib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartı üzrə sertifikata layiq görülüb.