Agentliyin əməkdaşları Ağrı dağının zirvəsinə yürüş ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarından ibarət ekspedisiya Türkiyənin ən yüksək dağı olan Ağrı dağına yürüş ediblər.

 

Yürüş bələdçilərin müşayiəti ilə əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

 

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları əvvəlcə düşərgədə gecələyib. Daha sonra dəniz səviyyəsindən 5137 metr hündürlükdə yerləşən zirvəyə qalxmağa nail olublar.

 

Beləliklə, Agentliyin nümayəndələri Ağrı dağın zirvəsinə qrup şəklində çıxan ilk Azərbaycanlı ekspedisiya olub.

 

Qeyd edək ki, Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir.