Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “Marsol Group” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə agentliklə işəgötürənlər arasında əməkdaşlıq istiqamətləri, məşğulluğun təşviqi üçün həyata keçirilən tədbirlər müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun əsas fəaliyyət istiqamətləri, həmçinin işəgötürənlərə dəstək mexanizmləri, məqsədli proqramlar, əməkhaqqının birgə maliyyələşdirilməsi, eləcə də kvota iş yerləri barədə məlumat verib. Agentlik sədri işəgötürənlərə dəstək göstərilməsinin Dövlət Məşğulluq Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
“Marsol Group”un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev isə öz növbəsində, dövlət qurumları ilə belə işgüzar görüşlərin sahibkarlar üçün xüsusi önəm kəsb etdiyini və faydalı olduğunu vurğulayıb.
Sonda sahibkarların məşğulluğa aid sualları cavablandırılıb, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.