Agentlikdə dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevlə görüşüb. 

 

S.Əliyev ilk olaraq qalibləri qazandıqları uğura görə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qaliblərə Agentliyin fəaliyyəti, məşğulluq xidmətləri, əldə edilmiş nailiyyətlər, islahatlar və layihələr barədə məlumat verilib, qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb.

 

Dövlət qurumları və özəl sektorda idarəetmə, fərdi və karyera inkişafı ilə bağlı onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz