Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nargis Vik, eləcə də hər iki qurumun məsul nümayəndələri iştirak ediblər.
Görüş zamanı Hasil Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən aktiv məşğulluq proqramları, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat verib. O, Agentliyin əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması, özəl sektorla tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verdiyini vurğulayıb.
Daha sonra hər iki qurumun fəaliyyət istiqamətləri barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə edilib. Görüşün yekununda gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılıq əldə olunub.