Agentlik sədrinin Yardımlı rayonunda vətəndaş qəbulu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 3 avqust 2026-cı il tarixində Yardımlı rayonunda vətəndaş qəbulu keçiriləcək.   
 

Qəbulda Yardımlı rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaqdır.
 

Qəbula yazılmaq üçün Yardımlı rayon sakinləri 27 iyul 2026-cı il saat 14:00-dək (055-282-01-10) telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
 

Qəbul 3 avqust 2026-cı il saat 11:00-dan etibarən Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 173 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.