Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin bu dəfə Tovuz rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq proqramı, peşə hazırlığı və s. məsələlərlə bağlı müraciət ediblər.
Hər bir müraciət fərdi qaydada araşdırılıb, vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları və qanunvericiliyin tələbləri izah edilib, müraciətlərdə qeyd edilən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.